“Qarabağ” Şahruddini transfer etdi

Sadə xəbər
idman 18.07.2024 3065

“Qarabağ” yeni mövsüm üçün növbəti transferini reallaşdırıb.

Klubdan "Saat24.az"a verilən məlumata görə, Ağdam təmsilçisi Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevi heyətinə cəlb edib.

Tərəflər arasında 1 illik müqavilə imzalanıb. Ötən mövsümdə Türkiyənin “Adana Demirspor” klubunun formasını geyinən oyunçu 2025-ci ilin yayına qədər “Qarabağ”da çıxış edəcək.

Ş.Məhəmmədəliyev 2016-2024-cü illərdə də Ağdam klubunun şərəfini qoruyub. O, 2024-cü ilin yayında “Qarabağ”dan Türkiyə klubuna transfer edilib. Qolkiper “Qarabağ”da 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev Azərbaycan milli komandasında 29 oyun keçirib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top