Amerika Kuboku: Ekvador millisi 1/4 finala yüksəldi

idman 01.07.2024 2164

ABŞ-ın ev sahibliyi etdiyi Amerika Kubokunda (Copa Amerika) qrup mərhələsinin III turunun növbəti oyunları keçirilib.

"Saat24.az" xəbər verir ki, B qrupunda daha əvvəl 1/4 finala vəsiqəni təmin edən Venesuela millisi autsayder Yamayka ilə üz-üzə gəlib. Görüş venesuelalıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər oyunda Meksika və Ekvador qolsuz heç-heçə edib. Bununla da ekvadorlular pley-off mərhələsinə adlayıb.

Qeyd edək ki, daha əvvəl Argentina, Uruqvay, Braziliya və Kolumbiya yığmaları 1/4 finala vəsiqəni təmin edib. Amerika Kubokuna iyulun 14-də yekun vurulacaq.

XƏBƏR LENTİ
23.07.2024 1293
22.07.2024 3318

DİGƏR XƏBƏRLƏR

Loading
Top