Prezidentimizlə,Ordumuzla fəxr edirik -Jalə Əliyeva

Sadə xəbər
SİYASƏT 26.06.2024 2297
Saat24.Az xəbər verir ki,bu sözləri millət vəkili Jalə Əliyeva rəsmi Fecebuk səhifəsində paylaşım edib.
Paylaşımı olduğu kimi sizə təqdim edirik.

Ordumuzla, əsgərimizlə fəxr edirik! Bizə təkcə torpaqlarımızı deyil, bütövlüyümüzü, suverenliyimizi, əbədi müstəqilliyimizi geri qaytaran Ordumuza, bu Ordunun yenilməz Sərkərdəsi olan cənab  İlham Əliyevə bu günümüz, qürurumuz və xoşbəxtliyimiz üçün sonsuz minnətdarıq və əbədiyyən minnətdar olmalıyıq!

Bizi yenidən Qarabağımıza qovuşduran bütün şəhid  oğullarımızın  müqəddəs ruhu qarşısında baş əyirik!

Qəhrəman Silahlı Qüvvələrimizin  hər biri bir qəhrəman olan bütün heyətini, başda Silahlı Qüvvələrin Müzəffər  Ali Baş Komandanı, Xilaskar Prezident cənab İlham Əliyev olmaqla, bu əlamətdar gün münasibətilə  təbrik edir, bizlərə
Azərbaycanlı olmağın qürurunu, sevincini  yaşatdıqları üçün bir daha təşəkkürlərimizi bildiririk!  Tanrı Xalqımızı, Ordumuzu, Prezidentimizi qorusun! Amin!

#AliBaşKomandan
#QarabağAzərbaycandır
#AzərbaycanSilahlıQüvvələri
#OrduGünü
#26iyun
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top