Şəmkirdə narkotikin satışı ilə məşğul olan şəxs saxlanıldı

Sadə xəbər
HADİSƏ 22.06.2024 2975

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı rayon sakini Samir Hüseynov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Saat24.az"a verilən məlumata görə, S.Hüseynovun üzərindən və rayon ərazisindəki tikilidən 4 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top