Almaniya Şotlandiyanı darmadağın etdi

Sadə xəbər
idman 15.06.2024 2500

Avropa çempionatında Almaniya və Şotlandiya yığmaları arasında keçirilən matç başa çatıb.

"Saat24.az" xəbər verir ki, Münxen şəhərində yerləşən "Alyants Arena"da oynanılan açılış görüşü almanların 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Almaniya millisinin qollarını 10-cu dəqiqədə Florian Virts,19-cu dəqiqədə Camal Musiala, 45+1-ci dəqiqədə Kai Haverts, 69-cu dəqiqədə Niklas Füllkruq və 90+3-cü dəqiqədə Emra Can vurublar.

Şotlandiyanın yeganə qoluna isə 87-ci dəqiqədə avtoqol müəllifi olan Antonio Rüdiger imza atıb.

Qeyd edək ki, qrupun digər oyunu bu gün Macarıstan və İsveçrə arasında olacaq. Görüş Bakı vaxt ilə saat 17:00-da start götürəcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top