Dövlət müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir

Manşet
SİYASƏT 24.05.2024 5314
23 ay ərzində mövcud olan və müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ildönümü tamam olur. 1918- ci il mayın 28-də ilk dəfə olaraq dünyəvi, parlamentli müstəqil demokratik respublika yaranmışdır. Azərbaycan Xalq Cumhuriyyəti türk və islam dünyasında dünyəvi təməl üzərində qurulan ilk türk dövləti idi. 28 aprel 1920-ci il Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə süqut edən Azərbaycan Xalq Cumhuriyyəti, qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan xalqının həyatında tarixi bir mərhələ olmuş və xalqımızın gələcəyinin, müstəqilliyinin, suverenliyinin təməlini qoymuşdur.

1991-ci il oktyabr ayının 18-də yenidən müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cumhuriyyətinin varisi olaraq elan edib.

Müstəqiliyin ilk illərində hakimiyyətdə olan AXC-Müsavat ikilisi yarıtmaz siyasətləri ilə və şəxsi mənafelərinin dövlətçilik maraqlarından üstün tutmaları, müstəqilliyimizin varisi olduğu Azərbaycan Xalq Cümhuriyyətinin taleyinin yaşamasına zəmin yaratmaqda idi.

Xalqın xilaskarı olan Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlişi ilə müstəqilliyimizin əbədi və sarsılmaz olacağının əsasını qoydu. Böyük qürur hissi ilə vurğulamaq istərdim ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dalğalanan üçrəngli bayrağımız 90-cı ilin əvvəllərində Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında yüksəkliyə ucaldılıb. Şanlı bayrağımız Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən tarixi torpaqlarımız olan Şusada, Xankəndində dalğalandırmaqdadır.

Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top