Qarabağ Universitetinə qəbul planı təsdiqlənib

GÜNDƏM 13.05.2024 4762

Qarabağ Universitetinə qəbul planı təsdiqlənib.

"Saat24.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, sentyabr ayında universitetdə tədrisin başlanması nəzərdə tutulur: "Universitetdə infrastrukturla bağlı işlər davam edir. İyunun sonuna qədər yataqxana, tədris binası və onun ətrafı ilə bağlı əsas işlər bitəcək. Ümumilikdə proses avqusta qədər davam edəcək. Qarabağ Universitetində 1200 tələbənin təhsil alacağı proqnozlaşdırılır. Bütün tələbələrə təhsil ödənişsiz olacaq".

E.Əmrullayev əlavə edib ki, hər bir ixtisas üzrə yüksək bal toplayan tələbələrə əlavə təqaüdün verilməsi üzərinə iş gedir: "Eyni zamanda hər bir tələbəyə kompüter verilməsi də təmin ediləcək".

Nazir qeyd edib ki, universitetə üç proqram rəhbəri qəbulu artıq bitib və bu həftə ərzində nəticələr açıqlanacaq: "Yerli ali təhsil müəssisələrinin müəllim heyəti ilə mübadilə olacaq".

XƏBƏR LENTİ
22.07.2024 3296

DİGƏR XƏBƏRLƏR

Loading
Top