Həbsdə yazdığı köşə yazılarına görə "Pulitzer" mükafatı aldı

Mədəniyyət 07.05.2024 3363

Rusiyanın müxalif ictimai xadimi olan jurnalist və publisist, xüsusi rejimli koloniyada 25 il həbs cəzası çəkən Vladimir Kara Murza "Pulitzer" mükafatına layiq görülüb.

"Saat24.az" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Kremlin qatı tənqidçisi həbsdə olarkən "The Washington Post" üçün yazdığı bir sıra köşə yazılarına görə mükafata layiq görülüb.

2023-cü ilin aprelində Vladimir Kara Murza ciddi rejimli koloniyada 25 il müddətinə azadlıqdan məhrum edilib. O, “dövlətə xəyanət”, “arzuolunmaz” təşkilatın fəaliyyətini həyata keçirməkdə və Rusiya ordusu haqqında “yalan xəbərlər” yaymaqda təqsirli bilinib.

Qeyd edək ki, "Pulitzer" mükafatı ABŞ-də jurnalistika, ədəbiyyat, musiqi və teatr sahələrində ən məşhur mükafatlardan biridir.

XƏBƏR LENTİ
17.06.2024 2897

DİGƏR XƏBƏRLƏR

Loading
Top