Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

SİYASƏT 23.04.2024 4045

Gürcüstan Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası ilə bağlı son razılaşmaları alqışlayır.

"Saat24.az" xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsində qeyd olunub. 

"Gürcüstan Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Dövlət Sərhədinin Demarkasiyası üzrə Dövlət Komissiyasının sərhədin demarkasiyası prosesinə başlanması ilə bağlı əldə etdiyi razılaşmanı alqışlayır", - deyə qeyd olunub. 

Bildirilib ki, Gürcüstan regionda sabit sülhün təmin edilməsində maraqlıdır və iki qonşu ölkə arasında sülh və etimadın qurulması prosesinə töhfə vermək üçün möhkəm öhdəliyini təsdiqləyir.

XƏBƏR LENTİ
17.06.2024 2875

DİGƏR XƏBƏRLƏR

Loading
Top