![](https://cdn.saat24.az/uploadedfiles/custom/2024/4/20/1/4c8012ca-4962-4fcd-8476-4b45e0f50a23/1713589805hhhh.jpg)
Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Saat24.az"a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinləri Ruslan Həsənov və Elşən Manafov saxlanılıblar.
Həmin şəxslərdən çəkisi 2 kiloqrama yaxın heroin və marixuana aşkar edilib. Araşdırmalar zamanı R.Həsənovun və E.Manafovun narkokuryerlik etdikləri, onlardan aşkarlanan narkotikləri qabaqcadan təyin olunan yerə çatdırmalı olduqları müəyyən edilib.
Araşdırmalar davam etdirilir.