Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək

idman 15.04.2024 2548
Aprelin 24-27-də üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək.

Bu barədə “Saat24.az”a Azərbaycan Üzgüçülük Federasıyasından məlumat verilib.

Bakı Su İdman sarayında təşkil olunacaq yarışda 3-cu idman dərəcəsi olan üzgüçülər iştirak edəcəklər. Onlar 50, 100, 200, 400, 800 və 1500 metr məsafədə sərbəst, 50,100, 200 metr məsafələrdə arxasıüstə, brass və batterflyay üsullarda üzəcəklər.

Beynəlxalq Üzgüçülük Federasiyasının, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasıyasının Nizamnaməsinə və təsdiq olunmuş əsasnaməsinə uyğun keçiriləcək birincilikdə Bakı və Sumqayıtdan 20-yə yaxın müxtəlif klubun və idman cəmiyyətlərinin idmançıları güclərini sınayacaqlar. Bundan başqa, Gəncə, Quba, Şəki, Mingəçevir şəhərlərinin hər birindən 4-5 idmançının Azərbaycan çempionatında iştirakı artıq təsdiqlənib.

Azərbaycan Üzgüçülük Federasıyasının baş katibinin müavini Tamerlan Abdullazdə yarışın keçirilməsində məqsədin üzgüçülüyün təbliği, bu idman növünə marağın artırılması, kütləviliyin təşkili, o cümlədən 2024-cü il üçün beynəlxalq yarışlarda iştirak edəcək milli komandanın tərkibinin yenidən formalaşdırılması olduğunu bildirib: “Belə yarışların təşkili perspektivli üzgüçülərin aşkar olunmasına çöx yardımçı olur. Bölgələrdən idmançıların qatılması da çox təqdirəlayiqdir. Hesab edirik ki, mütəmadi keçirilən açıq çempionatlar və yarışlar ölkədə üzgüçülük idman növünə marağı artıracaq və həm Bakıda, həm də regionlarımzda olan yüksək potensiala malik idmançıların aşkar olunmasında mühüm rol oynayacaq”.
 
XƏBƏR LENTİ
15.07.2024 2539

DİGƏR XƏBƏRLƏR

Loading
Top