Yoxlama aparıldı, direktor işdən çıxarıldı

HADİSƏ 01.04.2024 1856
Saat24.az: - Martın 5-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri Ağdaş Dövlət Humanitar Kollecində monitorinq keçirib.

Agentlikdən verilən xəbərə görə, monitorinq zamanı müvafiq yoxlamalar aparılıb və sənədlərə baxış keçirilib.

Aşkarlanmış nöqsanlar nəticəsində Agentliyin 1 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Namiq Mehdiyevlə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, ölkənin orta ixtisas təhsili müəssisələrində monitorinqlər davam etdirilir.//Qaynarinfo
 
XƏBƏR LENTİ
20.04.2024 2025

DİGƏR XƏBƏRLƏR

Loading
Top