"Fənərbağça"nın basketbolçusu Avroliqada rekord müəyyənləşdirib

idman 30.03.2024 1229

Türkiyənin "Fənərbağça" klubunun basketbolçusu Naycel Heys-Devis Avroliqada məhsuldarlıq rekordu müəyyənləşdirib.

"Saat24.az" xəbər verir ki, 29 yaşlı amerikalı bunu Avroliqanın müntəzəm çempionatında "Alba"nı (Almaniya) 103:68 hesabı ilə məğlub etdikləri matçda gerçəkləşdirib.

O, 50 xal toplamaqla görüşün ən məhsuldar oyunçusu olub. Heys-Devis bir oyunda 49 xal toplayan "Anadolu Efes"in və Türkiyə millisinin üzvü Şeyn Larkinin rekordunu yeniləyib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top