
Tovuz rayonunda yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb.
"Saat24.az"ın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2007-ci il təvəllüdlü Sinan Rasim oğlu Bağırov ehtiyatsızlıqdan elektrik xəttinə toxunub və cərəyan onu öldürüb.
Faktla bağlı araşdırma aparılır.