Azərbaycan çempionatında ilk

idman 09.03.2024 2306

Martın 12-dən 15-dək Şağan Olimpiya İdman Kompleksində güləş üzrə U-15 Azərbaycan çempionatı keçiriləcək.

"Saat24.az" xəbər verir ki, üçüncü dəfə keçiriləcək bu birincilikdə ilk dəfə qadın güləşi üzrə də mübarizə baş tutacaq.

Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə ortaq təşkil etdiyi yarışın ilk 2 günündə sərbəst güləşçilər çıxış edəcək. Çempionatın 2-ci günündə qadın güləşi üzrə qaliblər də müəyyənləşəcək. Birinciliyin son 2 günündə isə yunan-Roma güləşi üzrə yarış keçiriləcək.

Beynəlxalq və milli dərəcəli hakimlərin idarə edəcəyi ölkə çempionatının görüşləri hər gün saat 10:00-da başlayacaq.

Birincilikdə medal qazanan idmançılar müvafiq yığma komandalara cəlb ediləcək.

XƏBƏR LENTİ
20.04.2024 2028

DİGƏR XƏBƏRLƏR

Loading
Top