"İkili standartlar Avropanın özünü dağıdır" - Səməd Seyidov

SİYASƏT 05.03.2024 2658

"Avropanın içərisində ikili standartlar ilk olaraq elə Avropanın özünü dağıdır".

"Saat24.az" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan elə bir gücə və təsirə malikdir ki, onun coğrafiyası həddindən artıq genişdir: “Təəssüf ki, Avropanın içərisində ikili standartlar ilk olaraq elə Avropanın özünü dağıdır. Avropa birliyi komissarını bura göndərir və yüksək səviyyədə iclas keçirilir. Ən yüksək səviyyədə Azərbaycanın rolu vurğulanır. Eyni təşkilatın parlament qurumu bir gün əvvəl Azərbaycana qarşı ədalətsiz, qərəzli yalanla və böhtanla dolu qərar qəbul edir. Bütün bunlar ona dəlalət edir ki, Avropanın içərisində böyük krizis yaşanır və bu da ikili standartlar krizidir. Bu nöqteyi-nəzərdən Azərbaycanın xarici siyasətinin coğrafiyasının genişləndirilməsi ən vacib məsələdir. Azərbaycan bir çox nüfuzlu beynəlxalq təşkilatlarda söz sahibidir, Şərq və Qərb arasında körpüyə çevrilib, yüksək səviyyəli ölkə kimi təqdim edilir”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top