Azərbaycan gimnastları Almaniyada beynəlxalq turnirində çıxış edəcəklər

Sadə xəbər
idman 02.03.2024 2683

Azərbaycan gimnastları Almaniyanın Fellbax-Şmiden şəhərində keçiriləcək “Gymnastic International 2024” beynəlxalq turnirində çıxış edəcəklər.

Saat24.az”ın məlumatına görə, bədii gimnastika üzrə yarışda gənclər arasında Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova, Fidan Qurbanlı, böyüklər arasında Kamilla Seyidzadə və Kamila Qafarova mübarizə aparacaqlar.

Onlara məşqçilər Nərmin Cahangirova və Nəzrin Cəfərzadə rəhbərlik edəcəklər.

Beynəlxalq dərəcəli hakim Nigar Abdusalimova turnirdə ölkəmizi hakim kimi təmsil edəcək.

Qeyd edək ki, bu gün startı veriləcək beynəlxalq turnirə martın 3-də yekun vurulacaq.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top