Kamil Zeynallı haqqında həbs qətimkan tədbiri seçilibmiş - Ermənistan DİN-dən AÇIQLAMA

HADİSƏ 22.02.2024 2668

Fevralın 21-i günortadan sonra Ermənistan Daxili İşlər Nazirliyi Rusiyadan Ermənistan tərəfindən axtarışda olan azərbaycanlı Kamil Zeynallının tapılması ilə bağlı rəsmi məktub alıb.

"Saat24.az" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan açıqlayıb.

Qeyd olunub ki, onlardan axtarış faktının yenidən təsdiqlənməsi xahiş olunub: "Buna cavab olaraq axtarışa başlayan bölmə dərhal sözügedən şəxsin dövlətlərarası axtarışda olduğunu təsdiqləyib və bundan sonra həbs qətimkan tədbiri seçilib".

Sözçü onu da qeyd edib ki, Kamil Zeynallının azadlığa buraxılmasına baxmayaraq, Daxili İşlər Nazirliyi ekstradisiya protokolunda nəzərdə tutulmuş sənədlər paketini hazırlayıb və onların Rusiya hüquq-mühafizə orqanlarına təhvil verilməsi və gələcək ekstradisiya prosesi işlərinin təşkilində zəruri tədbirlərin görülməsi üçün Ermənistanın Baş Prokurorluğuna təqdim olunacaq. 

XƏBƏR LENTİ
20.04.2024 2018

DİGƏR XƏBƏRLƏR

Loading
Top