Xankəndidə silah-sursat aşkarlandı

Sadə xəbər
CƏMİYYƏT 14.02.2024 2095

Polis əməkdaşları Xankəndidə avtomat və qumbaralar aşkarlayıb.

Bu barədə "Saat24.az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə fevralın 13-də Xankəndi şəhəri ərazisində 6 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 8 ədəd müxtəlif markalı tüfəng, 7 ədəd qumbara, 4 alışdırıcı, 50 ədəd patron darağı, 1770 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top