Sadə xəbər
Qusar rayonunun Hil kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 5 otaqlı evdə yanğınla nəticələnən partlayış hadisəsi baş verib.
"Saat24.az" xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, yanğın nəticəsində evin yanar konstruskiyaları və içərisində ev əşyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Daha bir partlayış isə Şəmkirdəki evlərdən birində baş verib. Hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.
Partlayışda qəsəbə sakini, 2003-cü il təvəllüdlü Nahid Həsənov yanıq xəsarətləri alıb.
21 yaşlı gənc Bakı Yanıq Mərkəzinə çatdırılıb.
Hır iki faktla bağlı araşdırma aparılır.