Xankəndidə yenidən silah-sursat tapıldı

Sadə xəbər
HADİSƏ 06.02.2024 2128

Xankəndi şəhərində xeyli silah-sursat tapılıb.

Bu barədə "Saat24.az"a DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 5-də Xankəndi şəhəri ərazisində 1 ədəd pulemyot, 20 ədəd müxtəlif markalı avtomat silahı, 4 tapança, 9 ədəd müxtəlif markalı tüfəng, 28 ədəd qumbara, 27 ədəd alışdırıcı, 122 ədəd patron darağı, 5775 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top