Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa ilə əlaqədar hökumətə çağırış edib.
"Saat24.az" xəbər verir ki, bu barədə Komitənin bəyanatında deyilir.
Komitə Azərbaycan Respublikası Hökumətini aşağıdakı tədbirlərin görülməsinə çağırıb.
1. Fransaya qarşı sanksiyalar tətbiq edilsin.
2. Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulsun.
3. Fransa ilə bütün iqtisadi əlaqələr dayandırılsın.
4. Total da daxil olmaqla, bütün Fransa şirkətləri Azərbaycandan çıxarılsın.
5. Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməsin.
6. Xarici İşlər Nazirliyinə tapşırılsın ki, Kanaky, Maohi Nui və Korsikanın müstəqilliyinin tanınması istiqamətində addımlar atsın”.