Seçimimiz qalib Lider İlham Əliyevdir-Foto

Sadə xəbər
SİYASƏT 17.01.2024 2667


Zərdab rayonunun Yuxarı Seyidlər kəndində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Zərdab rayonunun Yuxarı Seyidlər kəndində Yuxarı Seyidlər, Siləyli və Bıçaqçı kənd seçiciləri ilə görüş keçirilib.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan görüşdə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, şəhid mayor Rəhim Hüseynovun atası Qədir Hüseynov, təşviqat qrupunun üzvləri Səliqə İsmayılova, Sevinc Məmmədova və Mübariz Umarov çıxış ediblər.

Çıxış edənlər Yeni Azərbaycan Partiyasının bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə getdiyini bildiriblər. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş qələbələr, bu uğurlara paralel olaraq siyasət meydanında qazanılan nailiyyətlər Azərbaycanın gücünü bütün dünyaya sübut edib. Məhz tarixi zəfərimizin  nəticəsidir ki, qarşıdan gələn  seçkilər ölkəmizin bütün ərazilərində keçiriləcək.  

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə görüş yekunlaşıb.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top