Sadə xəbər
“Yaşadığım Bakı şəhərindən doğulub boya-başa çatdığım Zərdab rayonuna hər gedişimdə nəzərəçarpan intensiv inkişaf son illərdə diqqətimi cəlb edir”.
Saat24.Az xəbər verir ki, bu sözləri ictimai fəal Ramil Mehdiyev deyib.
O bildirib ki, son illərdə rayonda böyük işlər görülüb: “Prezidentin kadr islahatları, xüsusən də, Prezident Administrasiyasının rəhbərliyinə Samir Nuriyevin təyinatı, daha sonra Mərdan Camalzadənin Zərdab rayonuna icra başçısı təyin olunması rayonumuzun inkişafında yeni səhifə açdı. Respublikamızın bütün bölgələrindəki sürətli inkişaf Zərdab rayonundan da yan keçmir. Sistematik və növbəli olaraq yeni asfalt örtükləri, səkilərə metlax, çilçıraqlı küçələr, mini futbol meydançası istifadəyə verilib. Xüsusilə Qumlu yaşayış massivində, Qoşaoba kənd inzibati ərazi vahidliyində illərlə asfalt görməyən yollar abadlaşır, qaranlığa qərq olan küçələr işıqlanır.
Kənd təsərrüfatı sahəsində uğurlar, ipək qurdu bəslənməsində həyata keçirilən barama istehsalında respublika liderliyinin qorunub saxlanılması, ayrılan subsidiyalara nəzarətin gücləndirilməsi, suvarma problemlerinin həlli məhsuldarlığın bol olması ilə nəticələnir”.
Ramil Mehdiyevin sözlərinə görə, Mərdan Camalzadənin təyinatının ilk illəri pandemiya və daha sonra Vətən müharibəsi dövrünə təsadüf etməsinə baxmayaraq illərin təcrübəsi, onun səmərəli fəaliyyətinə öz töhfəsini verib: “Pandemiya dövründə rayon ərazisindəki Zərdabi parkının yenidən qurulması, şəhid ailələrinin və qazilərin diqqət və qayğıdan kənarda qalmaması, şəxsi vəsait hesabına imtiyazlı beş yüz ailəyə ərzaq yardımı yuxarıda sadalananlara bariz nümunədir.
Bütün ölkə ərazisində olduğu kimi rayonumuzda da növbədənkənar prezident seçkilərinə yüksək əhval - ruhiyyə ilə hazırlıq nəzərə çarpır. Sadalanan əldə edilmiş uğurlar göstərir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam edilir. Bu siyasətin davamı isə bütün Azərbaycan xalqının istəyidir. Azərbaycan vətəndaşlarının seçimi məhz ümummilli liderin ideyalarının davam etdirilməsi üzərində köklənib. Fəxarət hissi doğuran digər mühüm məqam ondan ibarətdir ki, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən İlham Əliyev həm də geopolitik məkanda siyasi - iqtisadi proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən liderə çevrilib.
Bütün sahələrdə qazanılan möhtəşəm nailiyyətlər dövlət başçısının siyasi prioritetinə yeni ştrixlər əlavə edib. İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət bir-birini tamamlayaraq Azərbaycanın milli maraqlarının maksimum dərəcədə təmin olunmasına yönəlib.
Zəhmətkeş və qəhrəman Zərdab sakinləri yenidən 7 fevral növbədənkənar prezident seçkilərində xüsusi seçki fəallığı göstərərək seçki məntəqələrinə üz tutacaq və bu uğurlu siyasi xəttin növbəti illərdə də davam etməsi üçün səsini Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə verəcək”.