ABŞ NATO-dan çıxacaq?

Sadə xəbər
DÜNYA 13.01.2025 3325

Respublikaçılar Partiyasından olan senator Cim Riş bildirib ki, Donald Trampın prezidentliyi dövründə ABŞ NATO-dan çıxmayacaq və Şimali Atlantika Alyansının gücləndirilməsi istiqamətində işləyəcək.

Oxu.Az-ın məlumatına görə, onun sözlərini "Fox News" yayımlayıb.

"Düşünürəm ki, indi hamı Rusiyanın hərəkətləri sayəsində NATO-nun qurucularının bizim ayağa qalxıb birləşməyimizin lazım olduğu barədə fikirlərində tamamilə haqlı olduqlarını qəbul edir. Düşünmürəm ki, kimsə NATO-dan çıxmağımızın lazım olduğunu düşünə bilər", - deyə Riş bildirib.

Eyni zamanda, parlamentari qeyd edib ki, Vaşinqton müttəfiqləri müdafiə xərclərini artırmağa cəlb edəcək. Onun sözlərinə görə, "daha çox iş görmək" lazım gələcək, üstəlik, Avropa ölkələri Birləşmiş Ştatların nümunəsini izləməlidirlər, çünki bu onlara, həqiqətən, lazımdır.

Bundan əvvəl Donald Tramp NATO-ya üzv ölkələrin hərbi xərclərinin ÜDM-in 5%-nə qədər artırılmasına nail olacağını bəyan edib. O qeyd edib ki, NATO ölkələri ÜDM-in 2%-i həcmində maliyyələşdirmə ilə qarşılarına qoyulan vəzifələrə nail ola bilməyəcəklər.

Seçilmiş prezident əlavə edib ki, hələ əvvəlki prezidentlik müddətində Avropa baş nazirlərindən birinin sorğusuna cavab verib. Baş nazir ölkənin NATO ehtiyacları üçün ÜDM-in 2%-dən az ödəyəcəyi təqdirdə ona hərbi yardımın göstərilib-göstərilməyəcəyini soruşub. Trampın cavabı mənfi olub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top