
Pakistanın Şimali Vəziristan rayonunda 6 bərbər bir gecədə güllələnib.
"Saat24.az" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Rayon polis rəisi Rokhan Zeb Xan onların başından güllələndiyini təsdiqləyib: "Bu hadisənin motivlərinin nə olduğu hələ məlum deyil, biz araşdırırıq".
Qətllərlə bağlı heç bir qrup məsuliyyəti üzərinə götürməyib.
Qeyd edək ki, silahlıların məskunlaşdığı sözügedən bölgədə kişilərin saqqal saxlaması tələb olunur.