Əvəz Temirxanın prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edildi

Manşet
SİYASƏT 31.12.2023 2670

Mərkəzi Seçki Komissiyası daha bir şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

"Saat24.az" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova MSK-nın bu gün keçirilən iclasında məlumat verib.

Müzakirələrdən sonra namizədliyi özü tərəfindən irəli sürülən Əvəz Bəbirxan oğlu Temirxanın namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Bununla da prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 17-yə çatıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top