Bakıda daha bir yaşayış binasında yanğın - 3 nəfər təxliyə edildi

Sadə xəbər
HADİSƏ 19.12.2023 1834

Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

"Saat24.az" FHN-ə istinadən xəbər verir ki, yaşayış binasının 17-ci mərtəbəsində ümumi sahəsi 400 m² olan 16 otaqlı mənzilin mətbəxində 3 ədəd paltaryuyan, 0,5 m² sahədə mətbəx mebeli və 1 m² sahədə yataq dəsti yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top