Azərbaycan seçkiləri izləmək üçün MDB-yə dəvət göndərdi

SİYASƏT 13.12.2023 1781
MDB-nin müşahidə missiyası Azərbaycan, Belarus və Rusiyada keçiriləcək seçkilərin monitorinqində iştirak edəcək.

"Saat24.az" xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev jurnalistlərə bildirib.

"Gələn il Birliyimizin aparıcı dövlətlərində seçkilər ilidir. İlk prezident seçkiləri fevralda Azərbaycanda, daha sonra Belarusda, martda isə Rusiya Federasiyasında olacaq. MDB İcraiyyə Komitəsi artıq seçkilərə hazırlaşır", - deyə Lebedev açıqlayıb.

O, bu seçkiləri müşahidə etmək üçün MDB missiyasının formalaşdırılması və göndərilməsi üçün dəvət aldığını açıqlayıb və onların bu missiyanın öhdəsindən gələcəklərinə ümid etdiyini bildirib.

Lebedev deyib ki, artıq Azərbaycandan yazılı, digərlərindən isə şifahi dəvət gəlib.
 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top