Sadə xəbər
Kolumbiyanın Kartaxena şəhərindəki "Boquilla Beach"də dəhşətli hadisə yaşanıb.
"Saat24.az" xəbər verir ki, tətilə getdiyi çimərlikdə mənzərənin, dənizin və qumun ləzzətini almaq istəyən Froilanis Maireth Rivas Roman faciəvi həyatını itirib.
Belə ki, 34 yaşlı qadını çimərlikdə ildırım vurub. Təhlükəsizlik kameralarına anbaan düşən görüntülərdə qadının ildırım vurduqdan sonra yıxıldığı görünür. Bu zaman qadının yanından keçən polis əməkdaşı qorxusundan özünü yerə atıb.
Romanın hadisə yerində öldüyü açıqlanıb.
Kolumbiya səlahiyyətliləri belə hadisələrin çox tez-tez baş verdiyini və ildırım vurmasından ölənlərin nisbətinin yüzdə 10 olduğunu bildirib. Rəsmi məlumatlara görə, ildırım vurma ehtimalı milyonda bir olaraq qeyd olunur.