"Yolları qoruyacaq xüsusi bölmə fəaliyyətə başlayıb" - Paşinyan

SİYASƏT 02.11.2023 2938

Artıq Milli Təhlükəsizlik Xidmətində xüsusi bölmə yaradılıb, onun funksiyası Ermənistan ərazisindən keçən regional və beynəlxalq kommunikasiyaların təhlükəsizliyini təmin etmək olacaq. 

"Saat24.az" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan açıqlayıb. 

"Əvvəllər o istiqamətdə hazırlıq işləri aparırdıq, çünki bu, planlarımıza daxil idi. Bu gün biz artıq qeyd edə bilərik ki, bu bölmə formalaşıb, əsasən heyətlə təmin olunub və praktiki olaraq dünəndən fəaliyyətə başlayıb", - deyə Paşinyan hökumətin bugünkü iclasında bildirib. 


XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top