“44 günlük şanlı müharibəmizdən sonra əldə etdiyimiz böyük tarixi zəfərdən ötən üç il ərzində Azərbaycan işğal altında qalan torpaqlarını yenidən dirçəltmək üçün ərazilərdə yenidənqurma və bərpa layihələrinin həyata keçirilməsi, yeni inzabiti və yaşayış binalarının inşa edilməsi, hava limanlarının tikintisi və s. kimi çox böyük quruculuq işlərini başlatdı ki, hazırda da bu işlər sürətlə davam etdirilir”. Bu sözləri Saat24.Az-a açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, hər gün Azərbaycan xalqı, dünya ictimaiyyəti dövlətimizin Qarabağ bölgəsində həyata keçirilən nəhəng quruculuq işlərinin şahidi olur: “Bu işlərin əhəmiyyətli hissəsi isə 30 il əvvəl yurd-yuvasından çıxarılaraq, məcburi köçkün vəziyyətinə salınmış insanların yenidən öz doğma yurdlarına qayıtmasıdır. Bu Böyük Qayıdışın ən əhəmiyyətli hissəsini təşkil edir. Cənab Prezident də çıxışları zamanı bu məsələyə toxunaraq, vətəndaşlarımızın ən qısa zamanda öz ata-baba yurdlarına qayıdacağını bildirib.
Artıq Böyük Qayıdış çərçivəsində köç prosesi başlayıb. Bu bəlkə də illər öncə hər birimiz üçün xəyal idi. Amma bu xəyal gerçək oldu, tarixi ədalət bərpa olundu. Biz torpaqlarımıza qovuşduq, tarixi ədalət zəfər çaldı və hazırda ərazilərimizdə yenidən üçrəngli Azərbaycan bayrağı dalğalanır.
Qələbəmizin strateji əhəmiyyəti isə ondan ibarətdir ki, mənfur düşmən və onun havadarları qarşılarında Azərbaycan adlı güclü və qüdrətli bir dövlət olduğunu gördülər. Azərbaycan sözünün əri olduğunu bu qələbə sayəsində bir daha bütün dünyaya nümayiş etdirdi.
Torpaqlarımızın azad edilməsini, bizi öz doğma yurdumuza qovuşduran əsgərlərimizə, Azərbaycan ordusuna borcluyuq və onlara minnətdarıq. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə tez bir zamanda sağlamlıqlarına qovuşmağı arzu edirik. Təbii ki, başsız ordu heçnəyə qadir deyil. Bu baxımdan ordunun başında cənab Prezident İlham Əliyevin olması isə qələbini şərtləndirən ən mühüm amil idi”.