Çempionlar Liqası: Qrupun son iştirakçıları bu gün bəlli olacaq

Sadə xəbər
idman 30.08.2023 1800

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin son iştirakçıları müəyyənləşəcək.

"Saat24.az" xəbər verir ki, pley-offda üç cavab görüşü keçiriləcək.

II raundda “Qarabağ”ı üstələyən Polşa klubu “Rakuv” qrup ərəfəsində son sınağına çıxacaq. Adıçəkilən komanda Danimarkada “Kopenhagen”in qonağı olacaq. “Rakuv” doğma meydanda keçirdiyi ilk qarşılaşmada məğlub olduğundan, mərhələ adlamaq şansı az qiymətləndirilir.

Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
30 avqust

23:00. AEK (Yunanıstan) – “Antverpen” (Belçika)
İlk oyun – 0:1

23.00 “Kopenhagen” (Danimarka) – “Rakuv” (Polşa)
İlk oyun – 1:0

23:00. PSV (Niderland) – “Reyncers” (Şotlandiya)
İlk oyun – 2:2

Qeyd edək ki, “Mançester Siti”, “Mançester Yunayted”, “Arsenal”, “Nyukasl” (hamısı İngiltərə), “Real”, “Sevilya”, “Barselona”, “Atletiko”, “Real Sosyedad” (hamısı İspaniya), “İnter”, “Napoli”, “Milan”, “Latsio” (hamısı İtaliya), “Borussiya” (Dortmund), “Bavariya”, “Leyptsiq”, “Union” (hamısı Almaniya), “Benfika”, “Portu”, “Braqa” (hamısı Portuqaliya), PSJ, “Lans” (hər ikisi Fransa), “Feyenoord” (Niderland), “Şaxtyor” (Donetsk, Ukrayna), “Yanq Boyz” (İsveçrə), “Zaltsburq” (Avstriya), “Qalatasaray” (Türkiyə), “Seltik” (Şotlandiya) və “Srvena Zvezda”nın (Serbiya) Çempionlar Liqasının qrupunda iştirakı dəqiqdir.


XƏBƏR LENTİ
24.07.2024 2065

DİGƏR XƏBƏRLƏR

Loading
Top