Manşet
Yolu azaraq Ermənistan ərazisinə keçərkən saxlanılan azərbaycanlı hərbi əsir Hüseyn Axundovun həbs müddəti 3 ay uzadılıb.
"Saat24.az" xəbər verir ki, yolu azaraq Naxçıvan Muxtar Respublikası ərazisindən Ermənistan ərazisinə keçən 2 Azərbaycan əsgəri - Aqşin Bəbirov və Hüseyn Axundova qarşı cinayət məcəlləsinin bir sıra maddələri ilə cinayət işi başlanıb. Onlar bir qrup şəxslə qabaqcadan əlbir olaraq dövlət sərhədini qanunsuz keçməkdə, silah-sursatın qaçaqmalçılığında və qanunsuz dövriyyəsində ittiham olunublar. Axundova əlavə olaraq Ermənistan vətəndaşını öldürmə ittihamı da irəli sürülüb.
Qafanda keçirilən prosesə jurnalistlər buraxılmayıb.