Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin cari ilin növbədənkənar sessiyasında ilk iclası keçiriıib-Foto

SİYASƏT 07.06.2023 2235
Saat24.Az xəbər verir ki,dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin cari ilin növbədənkənar sessiyasında ilk iclası keçiriıib. Gündəliyinə daxil edilən 41 məsələ müzakirə olunub. Onlardan birini xüsusi qeyd etmək istəyirəm.
Söhbət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsindən gedir. Layihə ilə əlaqədar komitə üzvlərinin 9 təklifi olub və onlar qanun layihəsi təşəbbüskarı subyektinə  göndərilib. Bu təkliflərin 5-i razılaşdırılıb və qanun layihəsində öz əksini tapıb. Qanunda nəzərdə tutulan dəyişikliklərin əsas məqsədi sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlıdır. Qanunun qəbulu özəl sektora dövlət dəstəyinin daha bir nümunəsi olacaq.
Dünən komitə iclasında həmçinin, bank sektorunda fəaliyyəti tənzimləyən bir sıra qanunlarda dəyişiklikləri nəzərdə tutan qanun layihələri də müzakirə olunub. Komitə sədri Tahir Mirkişili bikdirib ki, layihələrdə Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin sayı, üzvlərinin fəaliyyət müddəti və onların səlahiyyətləri ilə bağlı dəyişiklik öz əksini tapıb. Digər düzəlişlərdə pul siyasətinin əsas istiqamətlərində növbəti il üçün inflyasiya hədəfi və ona nail olmaq üçün istifadə olunacaq pul siyasətinin əsas alətlərinə dair məqamlar qeyd olunur. Ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən xidmət haqqı tariflərinin (interçeyncin) yuxarı həddinin müəyyən edilməsi ilə bağlı müddəalar ehtiva olunur. Tənzimləmə və nəzarət sahəsinə aid məsələlər ayrıca maddədə müəyyən edilir. Xüsusi tənzimləmə rejiminin prinsipləri, onun tətbiqi ilə bağlı qaydalar, yoxlamaların müddəti və digər bir sıra məqamlar da bu dəyişikliklərlər sırasında yer alıb.
Sonra Mərkəzi Bankın sədri Taleh Kazımov çıxış edərək, makro-iqtisadi mühitlə bağlı açıqlamalar təqdim edib. O, bildirib ki, aprel ayının sonuna olan məlumata əsasən, ölkə üzrə Ümumi Daxil Məhsul (ÜDM) 0,1 faiz, qeyri-neft sahəsində isə 3,7 faiz artıb. Mərkəzi Bankın gözləntilərinə görə, artım 2023-cü ilin sonunda ÜDM üzrə 1,8 – 2 faiz arasında olacaq, qeyri-neft sahəsində isə ÜDM 5,7 faizə çatacaq. T. Kazımov illik inflyasıyanın 12,8 faiz təşkil etdiyini və bunun əsasən qiymətlərin artımı ilə bağlı olduğunu söyləyib. O, Mərkəzi Bankın proqnozlarına əsasən ilin sonuna inflyasiyanın 8,3 faiz olacağını deyib, ölkənin strateji valyuta ehtiyatlarının 12 faiz artaraq, 66 milyard ABŞ dolları, Mərkəzi Bankın ehtiyatların 2,2 faiz artaraq 9,2 milyard ABŞ dolları təşkil etdiyini qeyd edib.
Ümumiyyətlə, bank sektoru 45,6 milyard manat həcmində aktivlərdən ibarətdir. Kreditin həcmi 4 faiz artaraq 20 milyard manata çatıb, depozit bazasında (hüquqi və fiziki şəxslər) 5 faizdən çox artım olub. Sığorta sektorunda da ötən 4 ay ərzində artım  müşahidə olunub. Sığorta haqlarında artımı 30 faiz, sığorta ödənişlərində isə 33 faizdir. Qiymətli kağızlar bazarında da müsbət inkişaf qeydə alınıb.


Milli Majlis
Azərbaycan Respublikasının Mərkəzi Bankı
Tahir Mirkishili

#MilliMeclis #Deputat #ElnurAllahverdiyev
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top