Biləsuvarda qohumunu güllələdi

Kriminal 24.05.2023 1728

Mayın 24-də saat 10 radələrində Biləsuvar rayonu Çinarlı kəndi ərazisində 1972-ci il təvəllüdlü Əsgər Musa oğlu Abdullayevin ov tüfəngindən açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan "Saat24.az"a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-cü il təvəllüdlü Cavid İdrıs oğlu Həmidov saxlanılıb. O, hadisə barədə polisi özü məlumatlandırıb. Onlar qohumdur, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Ə.Abdullayev xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top