Bakıda kişi ögey atasını ÖLDÜRDÜ

Kriminal 09.05.2023 3049

Bakıda kişi ögey atasını qətlə yetirib.

"Saat24.az"ın məlumatına görə, hadisə 08.05.2023-cü il tarixdə saat 21:50 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ağamalıoğlu küçəsi 7b ünvanında baş verib.

Belə ki, həmin ünvanda yaşayan Abbasov Elgün Nəbi oğlu aralarında yaranmış mübahisə zamanı ögey atası Mehtiyev Rahib Telman oğlunu ürək nahiyəsinə kəsici-deşici alətlə bir dəfə xəsarət yetirərək qəsdən öldürüb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda CM-in 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Abbasov Elgün Nəbi oğlu şübhəli şəxs qismində tutulub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top