Bakıda DƏHŞƏT: Söyüşə görə qonşusunu baltaladı

Kriminal 06.05.2023 2066

Bakıda kişi qonşusu tərəfindən baltalanıb.

"Saat24.az"ın əldə etdiyi məlumata görə, hadisə ötən gün saat 23 radələrində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü İsmayılov Zəmanət Nəsir oğlu qonşusu  1977-ci il təvəllüdlü, Məmmədzadə Namiq Mövsüm oğlu ilə aralarında olan telefon danışığı zamanı sonuncunun ona söyüş söyməsi səbəbindən Bakı şəhəri,  Sabunçu rayonu   Məhəmmədi qəsəbəsi, Ə.Əliyev küçəsində balta ilə Məmmədzadə  Namiq  Mövsüm oğlunun baş nahiyəsindən  bir  neçə zərbə vurub.

Nəticədə ona alının sol nahiyəsinin, sol qulağın, qulaq seyvanının və sol gicgah nahiyəsinin kəsilmiş yaraları ilə nəticələnən xəsarətlər yetirib. Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top