Pula qənaət etməyin sadə yolları

CƏMİYYƏT 27.04.2023 1201

Pul qənaət etmək çox çətin görünsə də, gündəlik həyatda dəyişdirilən bir neçə vərdiş qənaət etməyi asanlaşdıra bilər. 

"Saat24.az"  xəbər verir ki, bu barədə Amerika alimləri araşdırma aparıblar. Bildirilir ki, qənaət etmək üçün ilk addım borcları ödəməkdir.  

Dünyada milyonlarla insan hər gün yeməkləri tullayır. Bunu etməmək və düzgün büdcəyə nəzarət etmək üçün həqiqətən ehtiyacınız olan qədər qida alacağınızdan əmin olun. Ərzaq mağazasına getməzdən əvvəl evdə olan və olmayan qidaları yoxlayın. Qalıqları atmaq əvəzinə, onları başqa yeməyə çevirməyə çalışın. (Misal üçün; artıq bayat çörəkdən desertlər və ya küftələr hazırlamaq kimi). 

Pula qənaət etməyin bir neçə sadə nümunəsi;

- Pulsuz və ya aşağı büdcəli tədbirlərə üstünlük verin.

- Daha sərfəli olmaq üçün çöldə yemək əvəzinə evdə yeməyə çalışın.

- Lazımsız bir əşya almadan əvvəl bir neçə gün gözləyin. Bu müddətdən sonra hələ də almaq istəyirsinizsə, satın alın.

Ay ərzində sərf etdiyiniz hər hansı pulu qeyd edin. Bunu siz telefonunuzda yazmaqla da edə bilərsiniz. Sonra onları kateqoriyalara ayırın; bazar, benzin, borc kimi. Beləliklə, ayın sonunda xərclərinizi təhlil edə və hansı xərclərin zəruri olduğunu başa düşə biləcəksiniz. 

Pula qənaət etməyin ən yaxşı yollarından biri hədəflər qoymaqdır. Həm qısa, həm də uzun müddət üçün nə qənaət etmək istədiyinizi düşünməklə başlayın. Sonra, nə qədər pula ehtiyacınız olacağını və onu saxlamaq üçün nə qədər vaxt lazım ola biləcəyini planlaşdırın.

Bir çox bahalı brendlərin daha əlverişli ekvivalentləri var. Bahalı yuyucu vasitəni səbətinizə atmazdan əvvəl digər məhsulların tərkibini yoxlamaq daha məntiqli olardı.

Alış-veriş saytından ani endirim xəbərləri çaşdırıcı ola bilər. Bunun əvəzinə bir şeyə ehtiyacınız olanda alış-veriş saytına özünüz gedin.

XƏBƏR LENTİ
17.04.2024 3201

DİGƏR XƏBƏRLƏR

Loading
Top