Üzərində narkotik gəzdirən şəxs həbs olundu

Kriminal 21.04.2023 1111

Abşeronda sakini narkotikə görə həbs edilib.

Saat24.az-ın məlumatına görə, Əliyev Mehdi Ağamehdi oğlu 19 aprel 2023-cü il tarixdə saat 01 radələrində Azərbaycan Respublikası DİN-in Abşeron rayon Polis İdarəsinin CAŞ-nin əməkdaşları tərəfindən Bakı-Sumqayıt yolunun Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən hissəsində, “Riyad" ticarət mərkəzinin yaxınlığında saxlanılıb. O Abşeron RPİ-nə gətirilərək idarənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qısaqol gödəkçənin qabaq sağ cibindən bir ədəd sarı rəngli selofan bükümdə çəkisi 14,463 qram olan külli miqdarda, kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülüb.

20.04.2023-cü il tarixdə Əliyev Mehdi Ağamehdi oğlu Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddə ilə ittiham elan edilmiş, Abşeron rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hadisə ilə bağlı Abşeron RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə istintaq aparılır.

XƏBƏR LENTİ
17.04.2024 3198

DİGƏR XƏBƏRLƏR

Loading
Top