Xocalıda QƏZA: "Shacman" aşdı

HADİSƏ 04.03.2023 1319

Xocalı Rayon Polis Şöbəsinə rayonun Çanaqçı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Saat24.az-a bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Bərdə rayon sakini Seymur Vəliyev idarə etdiyi "Shacman" markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirərək yol kənarındakı su arxına aşıb.

Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan sürücüyə ilkin tibbi yardım göstərilərək xəstəxanaya göndərilib. Faktla bağlı araşdırmalar davam etdirilir

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top