Baş nazir Rusiyanı sülhməramlıları çıxarmağa ÇAĞIRDI

SİYASƏT 22.02.2023 2294

Moldovanın yeni baş naziri Dorin Recean Rusiyanı ölkə ərazisində qeyri-qanuni yerləşdirdiyi silahları və hərbçiləri çıxarmağa çağırıb.

"Saat24.az" xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb.

“Moldova Dnestryanı münaqişəsini sülh yolu ilə həll etməyi öhdəsinə götürür. Bu o deməkdir ki, Rusiya silah və texnikanı təxliyə etməlidir. Rusiya dəfələrlə bu öhdəliyi üzərinə götürüb, onun yerinə yetirməsi vacibdir”, - deyə Recean bildirib.

Qeyd edək ki, Dnestryanıda Rusiya qoşunlarının əməliyyat qrupu 1995-ci ildən mövcuddur, Kişinyov dəfələrlə rus qoşunlarının çıxarılmasını tələb edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top