
Kahramanmaraşda 7,7 bal gücündə zəlzələdə dağılan mənzilin dağıntıları altında qalan 10 yaşlı Ayça Çebni 185-ci saatda xilas edilib.
"Saat24.az" xəbər verir ki, anası ilə birlikdə 11 mərtəbəli binanın dağıntıları altında qalan Ayça Çebni zəlzələdən 185 saat sonra axtarış-xilasetmə qruplarının saatlarla davam edən işi ilə xilas edilib.