Gülər Ağayeva 6 gündür itkin düşüb

HADİSƏ 30.01.2023 373

Masallıda 36 yaşlı qadın itkin düşüb.

Bu barədə "saat24.az"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunundan məlumat verilib.

Bildirilib ki, rayonun Ərkivan qəsəbəsində yaşayan 1987-ci il təvəllüdlü Ağayeva Gülər Valeh qızı yanvarın 24-də saat 16 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.

"Gülər Ağayevanın əlamətləri bunlardır: Boyu 158 sm, gözləri qəhvəyi rəngdədir. Evdən çıxarkən əynində qara rəngli gödəkçə, qara rəngli paltar, ayağında idman ayaqqabısı olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Masallı Rayon Polis Şöbəsinə 025-215-3942 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.

XƏBƏR LENTİ
20.04.2024 2018

DİGƏR XƏBƏRLƏR

Loading
Top