Miladdan sonra Britaniya morqları dolub

DÜNYA 13.01.2023 1380

Böyük Britaniyada Milad bayramlarında rekord sayda ölüm qeydə alınıb. Ölümlərin artması təcili yardımda rekord gecikmələrlə əlaqələndirilir.

Bundan əlavə, qripə yoluxma hallarının çoxalmasının da buna səbəb ola biləcəyi istisna edilmir.

Böyük Britaniyada təcili yardım otaqlarında uzun gözləmə müddətləri səbəbindən həftədə 300-500 xəstə ölür. İngiltərə və Uelsdə artıq üçüncü həftədir ki, mindən çox ölüm halı qeydə alınıb.

Gecə-gündüz mühafizə olunan xəstəxanaların ərazilərində müvəqqəti morqlar yerləşdirilib. Yük konteynerlərinin içərisində təxminən 35 meyit olduğu bildirilir.

Sonuncu dəfə belə vəziyyət pandemiyanın ortasında müşahidə olunub.

Mənbə: The Sun

XƏBƏR LENTİ
23.03.2023 1906
23.03.2023 1997
21.03.2023 1229

DİGƏR XƏBƏRLƏR

Loading
Top