Bakıda iki qardaşa bıçaq və daşla xəsarət yetirildi

HADİSƏ 05.01.2023 1682

Bakıda iki qardaşa xəsarət yetirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, yanvarın 4-də saat 22 radələrində bir nəfərin Bakı şəhər sakinləri Q.Qənbərovun döş qəfəsinə bıçaqla və qardaşının baş nahiyəsinə daşla xəsarət yetirməsi barədə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən paytaxt sakini S.Hacıyev müəyyən edilərək saxlanılıb.

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top