Bakıda zəncirvari QƏZA: Xəsarət alanlar var - FOTO

Sadə xəbər
HADİSƏ 05.01.2023 1552

Bakının Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Saat24.Az xəbər verir ki, hadisə Svetlana Məmmədova küçəsində qeydə alınıb.

Qəza zamanı “Toyota Land Cruiser”, “Mercedes-Benz” və “Khazar” maralı avtomobillər toqquşub.

Hadisə nəticəsində “Mercedes-Benz” markalı avtomobildə olan üç nəfər ağır dərəcəli bədən xəsarətləri alıb. Onların vəziyyətləri ağır qiymətləndirilir. “Toyota Land Cruiser”də olan bir nəfər də xəsarət alıb. Yaralılar təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.

 




XƏBƏR LENTİ
12.05.2025 2241

DİGƏR XƏBƏRLƏR

Loading
Top