Bakıda qadın ətçəkən mikserə düşərək öldü

HADİSƏ 29.12.2022 1577

Bakıda qadın ətçəkən mikserə düşərək ölüb.

Saat24.Az-ın məlumatına görə, hadisə Qaradağ rayonu ərazisində yerləşən sexlərin birində baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Qaradağ rayonu ərazisində yerləşən ət kəsim sexlərindən birində xadimə işləyən 1982-ci il təvəllüdlü Rəqsanə Pirməmmədovanın elektrik mikserini təmizləyən zaman qurğunun hərəkətə gəlməsi nəticəsində qurğunun hissələri arasında qalaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.  

Qeyd olunub ki, fakta bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top