
Gəncədə avtomobil qəzası nəticəsində ölən və xəsarət alanın şəxsiyyəti məlum olub
“Report”un Qərb bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı ölən piyada 1982-ci il təvəllüdlü Musayev Ramil Safəddin oğlu, xəsarət alaraq xəstəxanaya yerləşdirilən isə 2001-ci il təvəllüdlü Məmmədov Hüseyn Elmar oğludur.
Faktla bağlı araşdırma aparılır.
01:47
Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un məlumatına görə, Gəncə şəhər ərazisində “Mercedes” markalı avtomobil öncə piyadanı vurub, daha sonra idarəetmədən çıxaraq yol kənarındakı 2 minik avtomobillərinə çırpılıb.
Qəza nəticəsində piyada aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

