
Biləsuvar rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Saat24.Az xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndi ərazisində qeydə alınıb.
Qəza nəticəsində rayon sakinləri, 1977-ci il təvəllüdlü Habil Nuriyev, 1991-ci il təvəllüdlü Fərid Əliyev, 1994-cü il təvəllüdlü Fərqan Əliyev və 1988-ci il təvəllüdlü Fərhad Əliyev xəsarət alıblar.
Yaralılar rayon xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.